Türkiyə ilə Yunanıstan arasında sürətlə artan gərginlik Ankara-Vaşinqton xəttində gərginliyə səbəb olduğu vaxt Yunan Kipri regionda hərbi toqquşmanın başlanmasından narahat olduğunu bildirib.
Mediainfo.az xəbər verir ki, Yunanıstanın Egey dənizindəki qeyri-hərbi statuslu adalara daxil olan Midilli və Sisama beynəlxalq hüquqa zidd olaraq zirehli texnika göndərməsindən sonra Türkiyə Yunanıstan və ABŞ-a nota verib.
ABŞ Dövlət Departamentinin reaksiyasından sonra Cənubi Kiprin xarici işlər naziri İoannis Kasulidis də məsələ ilə əlaqədar açıqlama verib.
Yunan nazir Türkiyə ilə Yunanıstan arasında mümkün müharibəyə çəkilməkdən narahat olduqlarını bildirib:
“Egey dənizindəki müharibənin birbaşa bizə təsir edəcəyindən qorxuruq, çünki biz bütün bu hekayədə ən zəif halqa kimi istifadə oluna bilərik”.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































