Sabahdan etibarən Azərbaycanda Vətən müharibəsinin başlanmasının 2 ili tamam olur. Artıq dünəndən başlayaraq, şəhidlərimiz üçün ehsan süfrələri açılır.
Qeyd edək ki, bu proses, söz-söhbətsiz, müzakirəsiz ötüşmür. Bəzi təşkilatçıların anım mərasimlərindən öz piarları üçün istifadə etməsi narazılıq yaradır.
Mediainfo xəbər verir ki, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu bununla bağlı şəhid ailələrinə müraciət edib. O, şəhid ailələrini, sui- istifadə hallarının qarşısını almağa çağırıb.
E.İslamoğlu deyib: “Əziz ailələr, imkan verməyin yas mərasimində təşkilatçılar şou yaratsın, əlinizdə-ovcunuzda olanı mənimsəsin, yas mərasimində əndazə aşılsın.
Maketə toy etmək, şəhidin şəklini tortun üstünə vurub onu valideynə kəsdirmək, başdaşında şəhidin şəklinə çəngəllə tort yedizdirmək, qara rəngdə hava balonları hazırlamaq, mərasimə meyxanaçı, müğənni dəvət etmək və cəmiyyətdə qıcıq, gülüş yaradan digər hərəkətlər təşkilatçıların ağlının məhsuludur.
Hər mərasimdən ən azı 2-3 min manat da təşkilatçılar qazanır.
Sadə ehsan, sadə mərasim ən gözəlidir.
Şəhidlərimizin adına layiq hərəkət edək, onları layiqli yaşadaq”.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































