Bu yaxınlarda İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız parlament, əyalət, bələdiyyə məclislərində yer alıblar.
Mediainfo.az xəbər verir ki, bu barədə Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk mətbuata açıqlamasında deyib.
“Sosial Demokratlar Partiyasından Aylin Fazelian ölkə parlamentinə, İradə Söderberq Jonöping region məclisinə, Xalidə Mərifət Huddingen bələdiyyə məclisinə, Mərkəz Partiyasından Aida Kərimli Vastara Hötaland region məclisinə, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinə, Moderat Partiyasından Amina Sadiqbəyli Solentuna bələdiyyə məclisinə seçiliblər. Böyük nailiyyətdir. Həm də soydaşlarımızın yaşadıqları ölkələrin siyasi-ictimai həyatında yer alması və uğurları onların inteqrasiya prosesini sürətləndirir. Bu, həm də Azərbaycan-İsveç əlaqələrinin inkişafına öz töhfəsini verir”, - E.Eltürk bildirib.

Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































