İranda Məhsa Əminin “Əxlaqi Təhlükəsizlik Polisi”nin nəzarətində ölməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı ən azı 83-ə çatıb.
Mediainfo.az xəbər verir ki, bu statistika sırf son bir neçə gün ərzində mediada və sosial şəbəkələrdə dərc olunan videogörüntü və xəbərlərə əsaslanır.
İranda dünən gecədən başlayaraq internetə, xüsusən də “Instagram” və “WhatsApp”a giriş məhdudlaşdırılıb.
Məşhəd və Təbrizdə “Bəsic” qüvvələrinin iki üzvü bıçaqlanaraq öldürülüb. Eyni zamanda, etirazçılar Təbrizdə məscid və polis bölməsini yandırıb.
Bundan başqa, ötən gecə Qum şəhərində təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıların sayı artırılıb. Etirazçıların çəkiliş aparmasına maneə yaradılıb.
Kirmanşah şəhərində isə etirazlarda 2 nəfər ölüb, 25 nəfər yaralanıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































