Ermənilər sərhəddə növbəti dəfə təxribat törədiblər. Belə ki, ötən gecə üç erməni silahlısı postlarımızdan birinə hücum edib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.
Qeyd edək ki, əvvəllər də bu cür hallar baş vermişdi.
Vəziyyətdən çıxış yolu nədir? Sərxoş ermənilərin təxribatlarını birdəfəlik önləmək mümkündürmü?
Hərbi ekspert Elxan Şıxəliyev mövzuya münasibət bildirib.
Mediainfo.az xəbər verir ki, o, Yenisabah.az-a açıqlamasında deyib ki, təmas xəttində təxribatlar iki cür ola bilər:
“Birincisi planlı şəkildə, ikincisi disiplinsizlikdən. Ermənistan tərəfindən törədiləcək hər iki təxribat ehtimalına qarşı ayıq-sayıq olmalıyıq.
Düşmənin heç bir təxribatı cavabsız qalmır. Atəş açırlarsa, hərbçimizi şəhid edirlərsə, qarşılığın misli ilə alırlar. Müharibədən sonra düşmən ordusunun nə vəziyyətdə olduğunu bilirik. Siyasi proseslərin təsiri altında, sistemləşdirilməmiş orduya sahibdirlər. Düşmən ordusu ilə Azərbaycan ordusu müqayisə olunmazdır. Ermənistan atəşkəsə riayət edəcək halda deyil. Hər zaman təxribat addımlarına qarşı ehtiyatımızı saxlamalıyıq.
Təxribatların sonunun nə ilə nəticələndiyini bilirlər. 44 günlük Vətən müharibəsini, 3 avqust “Qisas” əməliyyatını, 12-14 sentyabrda Laçında erməni təxribatının nə ilə nəticələndiyini görüblər. Döyüş hazırlığına malik deyillər. Düşmənin belə təxribatlarının bizim üçün heç bir təhlükəsi yoxdur. Erməniləri çox yaxşı tanıyıram. Əməllərindən geri çəkilməyəcəyini, təxribatlara hər zaman əl atacaqlarını bilirəm. Atəşkəsi pozub hər zaman içkili olduqlarını qeyd edəcəklər.
Sülh sazişi və atəşkəsin təmin olunacağına dair təminat yoxdursa, hər zaman tərxibatlara hazır olmalıyıq. Xüsusən də ABŞ dəstəyi gördükdən sonra daha da həvəsləndilər. Təxribatlar, atəşkəsin pozulması arzuolunmaz haldır, lakin hər zaman belə hallara qarşı hazırlıqlı olmalıyıq”.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































