2024-cü il Paris Olimpiadasında qadınlar arasında marafon yarışının finalında çıxış edən Uqanda
yüngül atleti Rebekka Çepteqey sevgilisinin ona benzin töküb yandırmasından üç gün sonra
xəstəxanada dünyasını dəyişib, ölkənin yüngül atletika Federasiyası bildirib.
İdmançının sevgilisi Dikson Ndiema bazar günü, sentyabrın 1-də onun Keniyadakı evinə bir
kanistr benzin ilə zorla soxulub. “CNN”-in məlumatına görə, münaqişənin səbəbi “torpaqla
bağlı fikir ayrılıqları” olub.
Bədəninin 75%-i yanıq xəsarətləri alan Çepteqeyin vəziyyəti ağır idi. Ndiema da yanıqlar alıb və
xəstəxanadadır, lakin həkimlərin dediyinə görə, onun vəziyyəti “yaxşılaşır və stabilləşir”.
Uqanda Federasiyası bildirib ki, Çepteqey məişət zorakılığının qurbanı olub. Federasiya bu cür
hərəkətləri pisləyib və ədalətə çağırıb. Uqanda Olimpiya Komitəsinin rəhbəri Donald Rukare
Çepteqeyə hücumu "böyük bir idmançının itkisi ilə nəticələnən qorxaq və mənasız hərəkət"
adlandırıb.
Olimpiadada 33 yaşlı Çepteqey avqustun 11-də baş tutan yarışda iştirak edib və 44-cü olub.
Çepteqey, “Reuters”-in qeyd etdiyi kimi, 2021-ci ilin oktyabrından bəri Keniyada öldürülən
üçüncü idmançıdır. Əvvəlki hər iki hadisədə də əsas şübhəlilər kimi idmançıların sevgililərinin
adı çəkilib.
Hökumətin məlumatlarına görə, 2022-ci ildə Keniyada 15-49 yaş arası qız və qadınların
təxminən 34%-i fiziki zorakılığa məruz qalıb. Məlumatlara görə, evli qadınlar xüsusilə risk
altındadır.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































