Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermek Marjikpayevi turizm və idman naziri vəzifəsindən azad edib. Bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısının sərəncamı ilə Ermek Boranbaeviç Marjikpayev Qazaxıstan Respublikasının turizm və idman naziri vəzifəsindən azad edilib”, - mətndə deyilir. Kadr qərarının səbəbi göstərilmir.
Marjikpaev 1969-cu ildə anadan olub. O, 2023-cü ilin sentyabrından nazir postunu tutur. Bundan əvvəl o, Akmola vilayətinin administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
Avqustun sonunda Parisdə Olimpiya mükafatçıları ilə görüşdə Tokayev bildirib ki, son beş ildə ölkədə elit idmana ayrılan xərclər iki dəfə artıb, lakin adekvat gəlir yoxdur. Olimpiadada Qazaxıstan 80 idmançı ilə təmsil olunub. Respublikanın yığma komandası bir qızıl, üç gümüş və üç bürünc medal qazanaraq, komanda hesabında 43-cü yeri tutmuşdur.
Orxan Rəhimov
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































