Ermənistan silahlı qüvvələrinin Goranboy rayonunun Ballıqaya kəndində dinc azərbaycanlı
əhaliyə qarşı törətdiyi dəhşətli qətliamından 32 il ötür.
Faciə tarixə Ballıqaya qətliamı kimi düşüb.
1992-ci ilin yayında Laçın rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra yurd-yuvasından
didərgin salınmış yerli əhali Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmaq
məcburiyyətində qalıb. Heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində qohumluq əlaqələri
olan altı ailə məskunlaşıb.Avqust ayında Ballıqaya kəndində çadırlarda məskunlaşan Laçın rayon
sakinləri də buraya yalnız heyvandarlıqlarını davam etdirmək məqsədi ilə gəliblər.
28 avqust 1992-ci il tarixində səhər saat 5 radələrində Ermənistan silahlı qüvvələrinin təxribatçı
dəstəsi dinc azərbaycanlılara qarşı qanlı qırğınlar törətdi. Qırğınlar nəticəsində 24 dinc
azərbaycanlı, o cümlədən 6 uşaq, onlardan biri altı aylıq uşaq və 93 yaşlı qadın vəhşicəsinə qətlə
yetirilib. Öldürülən uşaqların, qadınların və qocaların cəsədləri yandırılıb. Qırğın nəticəsində üç
azyaşlı uşaq hər iki valideyinini itirıb.
“Ən qədim və seçilmiş xalqın” günahsız insanlara qarşı vəhşicəsinə amansızlığı hər cür izahı
rədd edir.
Dünya ictimaiyyəti bəşəriyyətə qarşı belə vəhşiliklərə qiymət verməsə də, Ermənistan sürətlə
silahlanır və bunu “ölkənin suveren hüququ” adlandırır.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































