Böyük Britaniya və Almaniya genişləndirilmiş müdafiə əməkdaşlığına dair saziş üzrə danışıqları payızda başa çatdırmağa ümid edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Berlinə səfəri fonunda yaydığı bəyanatda deyilir.
"Böyük Britaniya və Almaniya arasında yeni saziş Britaniyanın Avropa ilə əlaqələrinin daha geniş şəkildə yenidən qurulmasının əsas elementi olacaq və hazırda iki ölkə arasında müzakirə olunan və payızda yekunlaşması gözlənilən müdafiə sazişinə əsaslanacaq", - deyə Baş nazir bildirib.
Qeyd edək ki, iyulun 24-də Böyük Britaniya və Almaniyanın müdafiə nazirləri Con Healey və Boris Pistorius London və Berlin arasında hərbi əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Bəyannamədə tərəflərin silahların hazırlanması, istehsalı və tədarükü sahəsində əməkdaşlığı gücləndirmək niyyəti bildirilir. Daha sonra “The Times” qəzeti mənbələrə istinadla xəbər verib ki, Britaniya hakimiyyəti Berlinlə radiasiya məsafəsi 3,2 min km-ə çatacaq raketlərin birgə hazırlanması imkanını müzakirə edir.
Britaniya hökumət ofisi iki ölkə arasında texnologiya, enerji, iqtisadiyyat və ətraf mühit sahələrində əməkdaşlığı əhatə edən daha əhatəli sazişin 2025-ci ilin birinci yarısında razılaşdırıla biləcəyini vurğulayıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































