Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuşlar Ruslan Azadzadə, Röyal Feyzullayev, Zaur Abdullayev, Fərid Rəcəbov və Mahir Əliyev saxlanılıblar.
Onlardan ümumilikdə 28 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 7 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkandan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan qərarı verilib. Məlumatı mia.gov.az yayıb.
R.Azadzadə, R.Feyzullayev, Z.Abdullayev, F.Rəcəbov və M.Əliyevin daxil olduqları mütəşəkkil dəstənin digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“.jpg)






















































