“Meduza” portalının verdiyi xəbərə görə, “NASA”-nın administratoru Bill Nelson bildirib ki,
“Starliner” kosmik gəmisindəki nasazlığa görə Beynəlxalq Kosmik Stansiyasında (BKS)
yubanmaq məcburiyyətində qalan astronavtlar Buç Uilmor və Sunita Uilyams yalnız 2025-ci ilin
əvvəlində Yerə qayıdacaqlar.
Astronavtların 2025-ci ilin fevralında rotasiya missiyasının bir hissəsi kimi sentyabrda BKS-ə
uçacaq “SpaceX Crew Dragon” kosmik gəmisi ilə geri dönmələri gözlənilir. “Crew Dragon”-da
dörd yerdən ikisi Uilmor və Uilyams üçün boş qalacaq.
“Starliner” gəmisinin ekipajsız Yerə qaytarılması planlaşdırılır.
Astronavtlar Buç Uilmor və Sunita Uilyams iyunun 6-da “Boeing”-in “Starliner” kosmik gəmisi
ilə BKS-ə gəliblər. Ehtimal edilirdi ki, gəmi və onun heyəti qovuşduqdan səkkiz gün sonra Yerə
qayıdacaq, lakin uçuş zamanı mühərrik sistemində problem yaranıb. Problemə görə “Starliner”-
lə qayıtmaq ekipaj üçün təhlükəli hesab edilib.
Beləliklə,” Boeing Starliner”-in Beynəlxalq Kosmik Stansiyaya debüt uçuşu əslində uğursuzluq
hesab edildi. Uilmor və Uilyams evə planlaşdırıldığı kimi bir həftədən sonra deyil, 8 aydan sonra
və “Starliner”-də deyil, “Boeing”-in kosmosdakı əsas rəqibi İlon Maskın “SpaceX”gəmisində
qayıdacaqlar.
“SpaceX” kosmik uçuşlar sahəsində “Boeing”-ə birbaşa rəqibdir.
Almaz Həsənli
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb

















































