“Telegram” şirkətinin təsisçisi Pavel Durov avqustun 24-ü şənbə günü axşam şəxsi
təyyarəsi ilə gəldiyi Fransanın “Le Burje hava” limanında saxlanılıb,bu barədə bir sıra KİV-lər,
o cümlədən Fransanın “TF1” telekanalı məlumat yayıb.
“TF1”-in məlumatına görə, Durov ölkəyə Azərbaycandan uçub - onun yanında naməlum qadın
və mühafizəçi olub. Durov həbsindən bir neçə saat sonra müstəntiqin qarşısına çıxacağı
gözlənilir.
“TF1”-in məlumatına görə, Fransada Durov terrorizm, narkotik, fırıldaqçılıq, çirkli pulların
yuyulması, oğurlanmış malların satışı və uşaqlara qarşı seksual xarakterli cinayətlərlə bağlı
ittihamlarla üzləşə bilər. Bütün bunlar “Telegram”-da moderasiyanın olmaması, həmçinin
messencer administrasiyasının hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməsi və
kriptovalyuta və birdəfəlik nömrə kimi müxtəlif “Telegram” alətlərindən istifadə etməsi ilə
bağlıdır. Mümkün ittihamlarla bağlı ilkin məlumatlara əsasən, Fransada Durovu 20 ilədək həbs
cəzası gözləyir.
“Moskva-News Telegram” kanalının məlumatına görə, Pavel Durovun həbs olunacağı təqdirdə
“Telegram”-ın xüsusi tədbirlər planı var. Bu barədə ona yaxın mənbələr məlumat verir.
Bu planın konkret nədən ibarət olduğu, orada kimlərin iştirakı barədə məlumat verilmir,
həmçinin “Telegram”-ın prinsipcə belə bir plana niyə ehtiyacı olduğu barədə məlumat yoxdur.
Sadəcə buplanın təsdiqləndiyi bildirilir. Durova yaxın mənbələr onu da qeyd ediblər ki, hələlik
eyniadlı messencerin inkişafına cavabdeh olan “Telegram LLC” şirkəti hələlik fəaliyyətini
davam etdirəcək.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































