Bu səfər, Ukrayna müstəqillik əldə etdikdən sonra Hindistanın baş nazirinin bu ölkəyə ilk rəsmi səfəridir.
“The Times of India” qəzetinin yazdığına görə, Modi cümə günü,avqustun 23-ü səhər tezdən
tarixi səfər üçün Ukraynaya gəlib.Onun Rusiya ilə müharibənin sülh yolu ilə həlliperspektivlərini Ukrayna lideri Vladimir Zelenski ilə bölüşəcəyi gözlənilir. Bu səfər prezident Zelenskinin dəvəti ilə baş tutub.
“Hyatt Regency” otelində baş nazir Modi ilə Ukraynadakı hindli diasporu arasında görüşün
keçirilməsi planlaşdırılır.
“Reuters”-in məlumatına görə, bir çox hindli analitiklər Narendra Modinin Kiyevə səfərini baş nazirin Moskvaya səfərinin “zərərini azaltmaq” cəhdi kimi, eləcə də Yeni Dehlinin Qərblə, xüsusilə Vaşinqtonla yaxınlaşdığı bir vaxtda strateji balanslaşdırma aktı kimi qiymətləndirirlər.
İyul ayında Narendra Modi Moskvaya səfər edib və orada prezident Vladimir Putinlə görüşmüşdü.Vladimir Zelenski deyib ki, “dünyanın ən böyük demokratiyasının liderinin Moskvada dünyanın ən bədnam cinayətkarını qucaqladığını görmək üzücüdür”.
Hindistan baş nazirinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı ona Vladimir
Putindən “mesaj” çatdırılaacağı gözlənilir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































