Azərbaycan BRİKS-ə qoşulmaq üçün rəsmi ərizə verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə AZƏRTAC-a bildirib.
İyulun əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının Astanadakı sammiti çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"qəbul edilib. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRIKS-ə qoşulmaq arzusunu ifadə edib, Çin tərəfi isə Azərbaycanın BRIKS ilə əməkdaşlığ etmək istəyini alqışlayıb.
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını əhatə edən yaradıcı ölkələrin ilk hərflərinin adını daşıyan BRİKS təşkilatı 2006-cı ildə yaradılıb.2024-cü ilin yanvarın birindən etibarən BRIKS-ə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilata qoşulublar.Daha əvvəl bildirilirdi ki, Əlcəzayir, Argentina, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Kuba, Honduras, İndoneziya, Qazaxıstan, Küveyt, Mərakeş, Nigeriya, Fələstin Dövləti, Seneqal, Tayland da birliyə qoşulmaq üçün rəsmi müraciətlər ediblər. İyulun sonunda isə Malayziya təşkilata üzv olmaq üçün ərizə təqdim edib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































