Ukrayna Ali Radasının deputatları Ukraynada Rus Pravoslav Kilsəsinin (ROK) və ona bağlılığı olan təşkilatların fəaliyyətini qadağan edən qanun qəbul edib. Müvafiq qanun layihəsi ikinci oxunuşda qəbul edilib,bu haqda “RBK-Ukrayna” xalq deputatı Yaroslav Jeleznyakın “Qolos”(Səs)Teleqram kanalına istinadən xəbər verir.
265 xalq nümayəndəsi bu qanunun lehinə səs verib. Deputat Jeleznyakın sözlərinə görə, qanun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
"Ancaq bir maddə istisna olmaqla - ona görə, Moskva Patriarxatına tabe olan Ukrayna Pravoslav
Kilsəsinin icmalarına Rus Pravoslav Kilsəsi ilə əlaqələri kəsmək üçün 9 ay vaxt veriləcək",-
parlamentari yazıb.
Qəbul olunan qanuna əsasən bir neçə qanunvercilik aktlarında da dəyişirliklər ediləcəkdir. Qanun dərc edildiyi gündən bir ay sonra qüvvəyə minir. Buna görə sənəd hələ UkraynaPrezidenti tərəfindən imzalanmalıdır.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































