İsrail ordusunun Qəzza zolağındakı hərəkətləri səbəbindən Kolumbiya prezidenti Gustavo Petro İsrailə kömür tədarükünün dayandırılması barədə fərman imzalayıb. Müvafiq sənəd 18 avqustda Cənubi Amerika Respublikası hökumətinin saytında dərc edilmişdir.Sənəddə qeyd olunur ki, “İsrail dövlətinə kömür ixracı qadağandır”.
2023-cü ilin yanvar-avqust ayları arasında Kolumbiya İsrailə 375 milyon dollar dəyərində mal və
xammal tədarük edib ki, bunun da əhəmiyyətli hissəsini kömür təşkil edib.İsrail kömürdən enerji
istehsal etmək üçün və həmçinin hərbi məqsədlər üçün də istifadə edir. Bu fərman avqustun 19-dan etibarən qüvvəyə minib.
Xatırladaq ki, iyun ayında president Petro bildirmişdi ki, İsrail Qəzza zolağında "soyqırım"ı davam etdirərsə kömür ixracı qadağan ediləcək. May ayında Kolumbiya İsrailə diplomatik əlaqələrin dayandırıldığını elan etmişdi.
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrail Kats Kolumbiya Prezidentini "antisemit" adlandırdı.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































