Leonid Slutskinin rəhbərlik etdiyi “LDPR”-dən olan Rusiya Dövlət Dumasının deputatları miqrantlara öz ailələrini Rusiyaya gətirməyi qadağan edən qanun layihəsi hazırlayıb.
Sənədə avqustun 19-da baxılacaq.
Qanun layihəsinə dair izahat qeydində deyilir ki,“Qanun layihəsi Rusiya Federasiyasında müvəqqəti olaraq yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbi vətəndaşın ailə üzvü kimi əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına girişinin qadağan edilməsini təklif edir”,-bu haqda “RİA Novosti” xəbər verir.
Sənədə görə, söhbət Rusiyada yalnız əmək müqaviləsi və ya patent əsasında qalan və ölkədə
yaşamaq üçün başqa qanuni əsasları olmayan aşağı ixtisaslı mütəxəssislərdən gedir. Yüksək
ixtisaslı əcnəbi işçilərin ailələri məhdudiyyətlərdən azad ediləcək.
"Rusiyaya gələn əcnəbilərin yaxınları kompakt anklavlarda yaşayır, öz dillərində danışırlar, yerli sakinlərə laqeyd yanaşırlar. Belə mühacirlərin mənzil-kommunal xidmətlər üçün pul ödəməməsi, qalan sahiblərin həll etməli olduqları böyük borcları yığması halları tez-tez olur. Bütün bu problemlər aradan qaldırılmalıdır", — partiya lideri Leonid Slutski hesab edir.
Təklif edilir ki, miqrantlara ailələrini yalnız iş müddəti üçün gətirməyə icazə verilsin, bundan sonra onlar öz vətənlərinə qayıtmalıdırlar.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































