Yeni Zelandiyada xeyriyyə təşkilatı tərkibində ölümcül miqdarda metamfetamin olan onlarla ananas dadlı konfet payladığı üçün üzr istəyib. Bu barədə “Reuters” yazır. Özləri üçün ərzaq ala bilməyən şəhərlilərə ərzaq bağlamaları paylayan Oklend şəhər missiyası,
problemdən ilk dəfə çərşənbə axşamı bəzi adamların günorta vaxtı konfetin pis dadı olduğundanşikayət etdiyi zaman xəbərdar olduğunu söylədi.
"Üç nəfər –uşaq, yeniyetmə və xeyriyyəçi - şirniyyatı yedikdən sonra həkimə müraciət edib, lakin onların heç biri hazırda xəstəxanada deyil", - materialda deyilir.
Şirniyyatlar naməlum şəxs tərəfindən hədiyyə edililib və “New Zealand Drug Foundation” xeyriyyə təşkilatı tərəfindən sınaqdan keçirilib. Konfetin tərkibində potensial öldürücü dozada - 3 qram metamfetamin olduğu müəyyən edilib. Hazırda yerli hakimiyyət orqanları konfetin ölkəyə necə daxil olduğunu araşdırır.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































