2023-cü ilin iyun-oktyabr aylarında 35 Avropa ölkəsində 47,7 min insan istilər səbəbindən ölüb.
“Report”un məlumatına görə, bu barədə Barselona Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) araşdırmasında deyilir.
Qeyd olunub ki, istidən Cənubi Avropanın sakinləri, yəni Yunanıstan (milyonda 393 ölüm), Bolqarıstan (229), İtaliya (209), İspaniya (175), Kipr (167) və Portuqaliya (136) zərər çəkib.
Ən çox ölüm halları isə Yunanıstan, Bolqarıstan və İtaliyada qeydə alınıb. Eyni zamanda 2023-cü ildə ölüm hallarının təxminən 57%-i (27 000) Avropa ölkələrinin ən şiddətli isti dalğalarının yaşandığı iyulun ortalarında və avqustun sonlarında baş verib.
Tədqiqatçılar istidən ölüm hallarının kişilərə nisbətən qadınlarda 55% yüksək olduğunu qeyd ediblər.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“.jpg)






















































