Müharibə müxbiri Yevgeni Poddubnı Kursk vilayətinin sərhəd bölgəsində ağır yaralanıb, jurnalistin avtomobili Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.
O, Kursk vilayətində “reportaj” etmək üçün Belqoroddan getdiyi avtomobilə FPV pilotsuz uçan aparatının daxil olması nəticəsində o, bədənində ağır yanıqlar və başından xəsarət alıb. Hazırda o, Kursk regional xəstəxanasındadır, həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
RİA Novosti-nin Kursk Regional Xəstəxanasının qəbul məntəqəsindən aldəğı məlumata görə, hərbi müxbir Poddubnı onlara yerləşdirilib və o, sağdır. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov isə bildirib ki, hərbi müxbir özünə gəlib və hər bir lazımi müalicələri alır.
Yevgeni Poddubnıya qarşı sui-qəsd cəhdində iştirak edən bütün şəxslərin şəxsiyyətinin müəyyən ediləcəyini və məsuliyyətə cəlb edilməsi üçün bütün mümkün tədbirləri görəcəklərini Rusiya İstintaq Komitəsindən bildiriblər.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































