Qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirib.
Bu mərhələdə iştirak etmiş 55 namizəddən zəruri keçid balı toplamış 39 nəfərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.
İyul ayının 29-dan etibarən başlayan icbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.
Namizədlərə icbari təlimlə bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamaları bildirilir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).
Söhbət mərhələsində uğur qazanaraq icbari təlimə cəlb olunan namizədlərin siyahısı ilə https://justice.gov.az/news/3796 linkə keçid edərək tanış olmaq mümkündür.
Azərbaycanpolisi.az
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb


















































