Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin bəzi yanğın təhlükəsizliyi məsələlərinə dair əhaliyə müraciəti

Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin bəzi yanğın təhlükəsizliyi məsələlərinə dair əhaliyə müraciəti

Yay mövsümü insanların təbiət qoynunda istirahətə marağının artması ilə yanaşı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi ilə müşayiət olunur. Havanın yüksək temperaturu, xüsusilə bəzi vaxtlarda güclü küləklərin müşahidə olunması, eləcə də əkin sahələrində texniki cəhətdən tam saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikalarının istismarı yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır.

Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur.

Qeyd edilməlidir ki, baş verən hər bir yanğın hadisəsi araşdırılaraq hüquqi qiymət verilir və günahkar şəxslərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.

Göstərilənləri nəzərə alaraq, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri əhaliyə, xüsusilə sahibkarlara, fərdi təsərrüfat sahiblərinə, təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır və daha diqqətli olmağa çağırır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az