Tez-tez istifadə etdiyimiz ət məhsullarından biri də kolbasadır. Belə ət məhsulları hazırlanarkən müəyyən dadverici qatqılardan istifadə edilir. Bu isə insan həyatı üçün təhlükəlidir.
Son günlərdə isə "CF Kristal" adlanan kolbasalarda zərərli maddələr aşkarlandığı iddia edilir.
Qida sahəsi üzrə mütəxəssis Ağa Salamov bildirib ki, kolbasanın tərkibində olan maddələr insanda mədə pozğunluğuna gətirib çıxarır:
"Belə maddələrdən əsasən işlənmiş ətlərdə istifadə olunur. Ancaq qatqılardan istifadə edərkən, onun miqdarına xüsusi fikir verilməlidir". Məlumatı oxu.az paylaşıb.
Həkim-diyetoloq Şəfa Yadigarovanın sözlərinə görə, kolbasa və sosiska məhsullarından istifadənin əleyhinədir. O vurğulayıb ki, hər hansı bir ət məhsulunu kolbasa məhsuluna gətirib çıxarmaq üçün ona rəngverici və dadverici maddələr qatırlar.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, bu kimi hallara qarşı mütəmadi olaraq yoxlamalar aparılır.
Ətraflı ATV xəbərdə:
:
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































