Abşeron Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Toğrul Kərimovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Toğrul Kərimov 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama görə, hadisə 14 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ilə Duz gölü istiqamətində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Toğrul Kərimov sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun İlqar Abdullayev küçəsində yerləşən "Mərasim evi"nin yaxınlığından keçən hissəsində piyada Ləman Hətəmovanı vurub. Xəstəxanaya aparılan yaralı orada vəfat edib.
Hadisədən sonra Toğrul Kərimov saxlanılaraq istintaqa cəlb olunub. Abşeron Rayon Məhkəməsinin 2024-cü il tarixli qərarı ilə onun barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































