Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadənin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.
"Qafqazinfo" xəbər verir ki, 1991-ci il təvəllüdlü R.Vəlizadə Bakıda yaşadığı evdə yatdığı yerdə dünyasını dəyişib. Gənc məmurun yuxuda ikən ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
Qeyd edilib ki, Ramin Vəlizadə bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş.
Həmçinin bildirilir ki, R.Vəlizadənin yaxın qohumları arasında da qəfil ürəktutmadan vəfat edən bir neçə nəfər olub.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































