Türkiyəli model Dəniz Akkaya ilə 16 yaşlı qızı Ayşə arasında problem yaşanıb.
Axşam.az-ın məlumatına görə, onu eyvana bağladığını deyən model polisə müraicət edib. Bunun ardından o, qızını dövlətin himayəsinə verib.
"Ekol TV"də yayımlanan xəbərə görə, Dəniz əvvəlcə qızına şillə vuraraq onu döyməyə başlayıb. Sonra bir-birini təhqir edib, hədələyiblər. Akkaya qızına qarşı təhqiramiz ifadələr işlədib. Mübahisə böyüyüb və o, qızının məktəb çantasını və termosunu onun üstünə atıb. Termos Ayşənin çənəsinə dəyib və qız xəsarət alıb. Dəniz Ayşənin atası ilə tətil planını görəndə daha da əsəbiləşib. Ayşə anasının onu çox şiddətlə döydüyünü deyib. O bildirib ki, əvvəlcə onu yerə yıxıb, boğazından sıxıb, sonra ayağı ilə başını iki-üç dəfə təpikləyib.
Ayşənin atası Efe Önbilgin qızının vəlayətini almaq üçün hərəkətə keçib.
Qeyd edək ki, Dənizin paylaşımının ardından onun qızı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin himayəsinə götürülüb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































