İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) artıq heç kim tərəfindən həyata keçirilmir və bu ölkənin nüvə bombası yaratmaq potensialı kontekstində İranın nüvə proqramı üçün yeni çərçivə yaratmaq lazımdır.
“Report” xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi bildirib.
O, hazırkı vəziyyətin tamamilə qeyri-sabit olduğunu və Tehranla Vaşinqton arasında heç bir etimadın olmadığını bildirib.
AEBA rəhbəri İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə həftə yarım əvvəl apardığı dialoqu da xatırladıb. Onun sözlərinə görə, İranda iyunun 28-nə təyin edilmiş yeni seçkilərə qədər Tehranla danışıqları davam etdirmək çətin olacaq.
Rafael Qrossi İranın hazırda nüvə bombasına malik olduğuna da inanmır: “Amma onun çox inkişaf etmiş potensialı var. O, nüvə silahı əldə etmək üçün istifadə oluna biləcək bütün lazımi avadanlıqlara malikdir. buna görə də biz onun nüvə proqramlarını çərçivəyə salmalı və ya yenidən məhdudlaşdırmalıyıq”.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“.jpg)






















































