Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıb

Şəkidə “Kalaşnikov” satan şəxs saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, adıçəkilən şəxsdə “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb.

Saxlanılan şəxs silahı bir müddət əvvəl satmaq niyyəti ilə əldə etdiyini deyib. Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Son günlərdə polis əməkdaşlarının Şəki şəhərində keçirdikləri tədbirlərlə vətəndaşlardan biri “Makarov” markalı tapança olmaqla ümumilikdə 18 odlu silah götürülüb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az