Gürcüstanın maliyyə nazirinin müavini Mirzə Gelaşvili ölkənin gələcəyini yalnız Avropada gördüyünü söyləyərək vəzifəsini tərk edib.
Yenisabah.az xəbər verir ki, Gelaşvili LinkedIn-də yazıb:
“10 il dövlət qulluğunda işlədikdən sonra Gürcüstanın Maliyyə Nazirliyindən gedirəm. Fərdi məsləhətçi kimi karyeramı davam etdirəcəyəm... Müstəqillik gününüz mübarək! Gürcüstanın gələcəyi Avropadadır!”
“Formula” telekanalı ilə söhbətində o, qərarın xarici agentlər haqqında qanunla bağlı olduğunu təsdiqləyib.
Gelaşvili deyir ki, o, bunu bir ay əvvəl hakim “Gürcü arzusu” təşəbbüsü yenidən parlamentə təqdim edəndə qəbul edib.
Gelaşvilinin bəzi vəzifədşları da açıq şəkildə xarici agentlər haqqında qanunla razılaşmırlar. Onlardan biri də maliyyə nazirinin birinci müavini Georgi Kakauridzedir. O, jurnalistlərə deyib ki, beynəlxalq tərəfdaşların şərhlərini nəzərə alaraq təşəbbüsün dəyişdirilməsinin məqsədəuyğun olacağına inanır.
Kakauridze açıq şəkildə bildirib ki, o, Tbilisi ilə Vaşinqton arasında münasibətlərin hazırkı kəskinləşməsindən narahatdır. Strateji tərəfdaşlığa yenidən baxılması qərarını şərh edərkən o, “Gürcüstanın Avro-Atlantik kursunun maliyyə yardımından daha vacib olduğunu” bildirib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































