Moskva vilayətində miqrantların yaşadığı hostel yanıb. Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, müstəntiqlər qəza baş verən hosteldə kirayədə qalan 24 yaşlı Özbəkistan vətəndaşını saxlayıblar.
Mayın 23-nə keçən gecə “Snegir” bağçılıq qeyri-kommersiya ortaqlığının evində yanğın baş verib, nəticədə 8 nəfər ölüb, daha biri xəstəxanadadır. Ölənlər arasında özbəklər də var. TASS-ın məlumatına görə, yanğına səbəb qızdırıcının nasazlığı olub.
İstintaq zamanı 24 yaşlı Özbəkistan vətəndaşı saxlanılaraq dindirilmək üçün istintaq orqanlarına aparılıb. Bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin istintaq idarəsindən məlumat verilib. Özbəkistan vətəndaşı yanğın nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olmaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza dörd ilə qədər həbsdir.
İstintaqın məlumatına görə, həmin şəxs kirayənşindir. Müqavilə bağlayarkən o, evi özü üçün kirayəyə götürdüyünü, lakin sonradan miqrantlara verdiyini bildirib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































