Məhkəmə doğum günündə Ələsgər Məmmədli ilə bağlı qərar verdi

Məhkəmə doğum günündə Ələsgər Məmmədli ilə bağlı qərar verdi

Media eksperti, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.

Yenisabah.az xəbər verir, bu gün Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatət təmin olunmayıb.

Xatırladaq ki, "Toplum TV"nin həmtəsisçisi Akif Qurbanov, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov isə ev dustaqlığına buraxılıb.III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Qeyd edək ki, bu gün Ələsgər Məmmədlinin doğum günüdür. Onun 56 yaşı tamam olur.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az