Kərkiyə Kərki dedim, çünki... - Paşinyan
18 Sentyabr 16:01
Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə rayon ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən T.Babayev saxlanılıb.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb. Məlumatı mia.gov.az yayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az