Parkda qayçı ilə gənc oğlanın çənəsini kəsən şəxslə bağlı qərar verildi

Parkda qayçı ilə gənc oğlanın çənəsini kəsən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə Balakəndə həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Elnur Qazaxovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd edək ki, hadisə 2022-ci il iyulun 7-də saat 22:30-da Balakən şəhər ərazisindəki Heydər Əliyev parkında qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Elnur Elman oğlu Qazaxov aralarında baş verən mübahisə nəticəsində qayçı ilə Yusif Araz oğlu Novruzovu vurub. Döş qəfəsindən yaralanan gənc dərhal xəstəxanaya yerləşdirilib.
İttihama görə, Elnur Qazaxovun istirahət parkında piyada gəzərkən quraşdırılmış köşkün yanında dayanmış zərərçəkmiş Yusif Novruzov ilə toqquşub. Həmin vaxt aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, üzərində gəzdirdiyi qayçını Yusifin çənəsinin alt hissəsinə sıxaraq kəsib. Daha sonra Elnur həmin qayçı ilə zərərçəkmiş şəxsin döş qəfəsinə bir dəfə qəsdən zərbə vuraraq xəsarət yetirib. Məhkəmədə Elnur Qazaxov ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az