Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Tədbir zamanı əvvəllər məhkum olunmuş Elxan Əlifxanov və tanışı Ravil Rəfiağayev saxlanılıblar. Onların üzərindən, həmçinin R.Rəfiağayevin idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 18 kiloqram marixuana və narkotiklərin dövriyyəsində istifadə olunan bank kartı aşkarlanıb.
Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər. E.Əlifxanov və R.Rəfiağayev marixuananı pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməli imişlər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir. Məlumatı mia.gov.az yayıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































