"TikTok" sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-patrul Xidməti Alayında aparılan araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun "Hyundai" markalı, Surət Əliyevin isə VAZ-2107 markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.
BDYPİ-dən Oxu.Az-a verilən xəbərə görə, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Azərbaycanpolisi.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































