Braziliyanın cənubundakı Riu Qrandi-du-Sul ştatında güclü daşqınlar nəticəsində azı 161 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Agentliyinin son hesabatında deyilir.
Bundan əvvəl isə 143 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, azı 85 nəfər itkin düşüb, 71 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. Yağışlar və qasırğadan 2,3 milyondan çox sakin zərər çəkib, 467 bələdiyyə ziyan görüb. Qeyd edilir ki, minlərlə insan helikopterlərlə xilas olunmaq ümidi ilə evlərini qayıqlarla tərk etmək və ya damlara çıxmaq məcburiyyətində qalıb.
Azərbaycanpolisi.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































