Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində bir qadına zor tətbiq etməklə əxlaqsız hərəkətlərin törədildiyi barədə polisə məlumat daxil olub.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1992-ci il təvəllüdlü Xəyal Ağayev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkəni avtobusda görəndən sonra onu izləməyə başlayıb. Daha sonra heç kimin olmadığı ərazidə yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi, başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Məlumatı mia.gov.az yayıb.
X.Ağayevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































