Kərkiyə Kərki dedim, çünki... - Paşinyan
18 Sentyabr 16:01
Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən N.Süleymanov avtomobillə birgə saxlanılıb.
Mayın 15-nə keçən gecə Güzdək qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Süleymanov Qobu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb. Məlumatı mia.gov.az yayıb.
Araşdırma aparılır.
Azərbaycanpolisi.az