Beynəlxalq narkotik ticarəti şəbəkəsinin çökdürülməsi çərçivəsində İtaliya karabinyerləri narkotiklərin daşınması üçün istifadə edilən uzaqdan idarə olunan sualtı qayığı ələ keçirib.
Azərbaycanpolisi.az “Report”-a istinad edərək xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları sualtı qayığı İtaliyanın şimalında, Turin şəhərində əslində marixuana yetişdirən, amma görüntüdə avtoyuma məntəqəsi işlədən şəxslərin fəaliyyəti ilə bağlı araşdırma zamanı aşkar ediblər.
Alban əsilli iki qardaşın nəzarətində olan şəbəkə Ekvador, Belçika, Fransa, İspaniya və İtaliya arasında fəaliyyət göstərib. Karabinyerlərin bildirdiyinə görə, əməliyyat zamanı ümumilikdə 204 kiloqram kokain və həşiş ələ keçirilib.
Daha əvvəl Avropanın 100-ə yaxın böyük şəhərinin tullantı sularını hər il narkotik maddələrin qalıqlarına görə təhlil edən Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) Avropada kokaindən istifadənin əhəmiyyətli dərəcədə artdığını müəyyən etmişdi.
Azərbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































