Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı il təvəllüdlü paytaxt sakini Vahab Manafov saxlanılıb. Ondan 2 kiloqram narkotik vasitə marixuana aşkar olunub. Əməliyyat tədbilərinin davamı olaraq həmin şəxsin narkotikləri əldə etdiyi Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən isə 1 kiloqram marixuana aşkarlanıb.
K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində keçirilən tədbirlərlə onun marixuananı əldə etdiyi şəxslər paytaxt sakinləri Hüseynağa Məlikov və Ceyhun Bədəlovun da saxlanıması təmin edilib. Onların Sabunçu rayonunda yerləşən bağ sahələrinə baxış zamanı kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik tərkibli 1500 ədəd çətənə kolu aşkarlanıb. Araşdırma zamanı dəstə üzvlərinin çətənə kollarını yetişdirdikdən sonra paytaxt ərazisində satışı ilə məşğul olduqları müəyyən edilib. Məlumatı mia.gov.az yayıb.
Aşkarlanan faktlarla bağlı Sabunçu RPİ-ə araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































