Paşinyana qarşı terror ola bilər - Bakıdan XƏBƏRDARLIQ

Paşinyana qarşı terror ola bilər - Bakıdan XƏBƏRDARLIQ

Ermənistanın Tavuş rayonu istiqamətində işğal olunmuş kəndlərin Azərbaycana qaytarılmasını həzm edə bilməyən Erməni Apostol Kilsəsinin ali şurası bəyanat verib. Bəyanatda ərazilərin birtərəfli qaydada Azərbaycana təhvil verilməsinə etiraz edilib, Ermənistan hakimiyyətinin danışıqlardakı mövqeyinin qəbuledilməz olduğu vurğulanıb.

Kilsə delimitasiyaya qarşı etiraz aksiyalarını dəstəkləyib. Bu arada Livandakı Böyük Kilikiya Evinin katolikosu I Aram da bütün ermənilərin katolikosu II Qareginlə əlaqə saxlayaraq, Erməni Apostol Kilsəsinin bəyanatını tam dəstəklədiyini bildirib. Bu isə Ermənistanda gərginliyi daga da artırıb. Çünki din xadimlərinin erməni xalqı üzərindəki təsiri danılmazdır.

Bəs ermənilərin dini rəhbərlərinin həmrəyliyi Paşinyan üçün ciddi problem yarada bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu bildirib ki, Ermənistanda kilsə ilə hakimiyyət arasında mübarizə 4 ildir davam edir:

“Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma artıq 4 ildir ki, davam edir. O zaman II Qaregin Paşinyan hökumətinin əleyhinə çağırışlar etməyə başladı. Bu proses indi də davam edir. Onlar Paşinyanı hakimiyyətdən devirmək istəyirlər. Sadəcə, hazırda kilsənin elə bir gücü yoxdur. İndi onlar “vətən” və “Ermənistan” kimi anlayışları ortaya atmaqla, xalqı Paşinyana qarşı qaldırmaq istəyirlər. Məlum olduğu kimi, erməni kilsəsi 3 qola ayrılır. Onlardan ikisi artıq Paşinyana qarşı həmrəyliklə bağlı dəstəyini bildirib. Bu Paşinyan üçün daxildə təhdid təşkil etmir. Çünki son 4 ildə kilsənin istər Rusiya, istərsə də Qərblə əməkdaşlığı heç bir nəticə vermir. Küçələri dolduracaq kritik kütlə toplaya bilmirlər. Belə bir situasiyada erməni kilsəsi Paşinyana qarşı üsyan bayrağı açıb”.

Tanınmış jurnalist Paşinyana qarşı terrordan istifadə edilməsini istisna etmir:

“Hazırda Ermənistanda baş verən bütün etirazların arxasında erməni kilsəsi dayanır. Keçmiş prezidentlər Köçəryan və Sarkisyan kilsənin bu addımına nə qədər dəstək versələr də, İrəvan küçələrini doldura bilmirlər. Bu baxımdan Paşinyanın və sülh prosesinin yolunu kəsəcək bir qüvvə görünmür. Lakin erməni terroru anlayışı var. Paşinyanı hazırki durumda təhdid edən yeganə amil erməni terrorudur. Bu tarixdə bir dəfə - 1997-ci ildə olub. Terror faktoru Azərbaycanla Ermənistan arasında normallaşma prosesini aradan qaldıra bilər”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az