Yaponiyanın paytaxtı Tokioda sovet kəşfiyyatının zabiti, əslən Bakıdan olan Rixard Zorgenin xatirəsi yad edilib.
“Report” xəbər verir ki, İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar əfsanəvi kəşfiyyatçının Futyu şəhərindəki Tama qəbiristanlığında məzarı ziyarət olunub.
Tədbirdə Azərbaycan, Rusiya, Qırğızıstan, Tacikistan, Özbəkistan səfirləri, Belarusun Yaponiyadakı müvəqqəti işlər vəkili, eləcə də Qazaxıstan səfirliyinin müşaviri iştirak ediblər.
Alman faşizminə və yapon militarizminə qarşı apardığı mübarizə ilə tarixə qəhrəman kimi düşən Rixard Zorge XX əsrin əfsanəvi kəşfiyyatçısı hesab edilir. Atası alman, anası isə rus olan R.Zorge 1895-ci il oktyabrın 5-də Bakıda anadan olub.
Məhz R.Zorgenin Moskvaya ötürdüyü məlumatlar II Dünya müharibəsinin gedişinə böyük təsir göstərmiş, sovet qoşunlarının almanların hücumunun qarşısını almasına və əks hücuma keçməsinə səbəb olmuşdu.
Rəsmi olaraq o, Alamniyanın “Frankfurt Tsaytunq” qəzetinin müxbiri hesab edilirdi. Onun qarşısında duran əsas vəzifə isə Yaponiya imperiyasının atacağı addımların istiqamətini müəyyənləşdirməkdən ibarət idi. R.Zorgenin informatorları arasında həmin vaxt Yaponiyanın Baş Naziri olmuş Konoe Fumimaronun müşavirləri də var idi. Bu, ona gizli informasiyaya çıxış əldə etmək imkanı yaratmışdı.
Səkkiz illik kəşfiyyatçı fəaliyyətindən sonra R.Zorge yaşadığı evdə həbs olunmuşdu. Bu, Pörl-Harbor əməliyyatından cəmi iki ay əvvəl, 1941-ci ilin oktyabrında baş vermişdi. Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində Tokio vaxtı ilə 10:20 də asılaraq edam edilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































