Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib. Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 4 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükün arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 4 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub.
Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 10 və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü də müəyyən olunaraq saxlanılıb. Profilaktik tədbir zamanı müxtəlif kobud qayda pozuntularına yol verən ümumilikdə 170 sürücü barəsində inzibati protokol tərtib edilib. Məlumatı mia.gov.az yayıb.
Qeyd edək ki, ilin əvvəlindən Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə və narkotiklərin təsiri altında idarə edən 64, avtoxuliqanlıq və sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən 114 sürücü aşkar olunub.
Quba rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































