DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aprel ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 38 əməliyyat keçirib. Nəticədə 34 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 6-i ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlarla “qara bazar”-da dəyəri 6.5 milyon manat olan 150 kiloqram, o cümlədən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 36 kiloqram heroin, 22 kiloqram metamfetamin, 5 kiloqram tiryək və digər növdən olan narkotik vasitə, 5 min ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. Məlumatı mia.gov.az yayıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































