Həyat yoldaşının boşanmasını qəbul etməyən kişi Bakıda yerləşən qadın və uşaq sığınacağını partaladacağını və aparıcı Zaur Baxşəliyevi güllələyəcəyini deyib.
Bu haqda “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Şəxs vaxtilə sığınacaqda qalmış həyat yoldaşının qisasını Mehriban Zeynalovaya məktub yazmaqla ifadə edib. Şəxs həmçinin, Zaur Baxşəliyevin onun ailəsini dağıtmaqda ittiham edib.
Referan.as -a danışan birlik sədri bildirib ki, artıq polis tərəfindən məsələyə müdaxilə edilib və şəxsə xəbərdarlıq edilərək, izahatı alınıb. O içkili olduğunu deyib. Bildirilib ki, sığınacağı hədələyən kişinin həyat yoldaşı 2 il əvvəl ondan boşanıb, kişi qadını təqib elədiyi üçün qadın yerini bildirmir, gizli saxlayır.
Sığınacağın rəhbəri sonda qeyd edib ki, Daxili İşlər Nazirliyin əməkdaşları bu kimi halların qarşısını almaqçün gündə 3 dəfə qadınların qorunduğu məkanda yoxlanış aparır, problem yaranan kimi müdaxilə edirlər.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































