Astarada bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə axşam saatlarında Astara rayonunun dağlıq kəndi olan Pəlikeşdə baş verib.
Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə hərəkətdə olarkən körpü üzərində müvazinətini itirərək Şümrüd çayına düşüb.
Olman Şükürov aldığı xəsarətlərdən ölüb. Onun meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, sözügedən körpünün hündürlüyü 6-7 metr, uzunluğu 3-4 metrdir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































