Bakıda dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı

Bakıda dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı

Bakıda Şri-lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb.

DİN xəbər verir ki, təhsil almaq məqsədilə Azərbaycana gəlmiş 5 nəfər Şri-lanka vətəndaşına qarşı cinayət törədən 1973-cü il təvəllüdlü Mişra Prashantdır.

O guya zərərçəkənlərə Bakı şəhərində yerləşən özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb. Şri-lanka vətəndaşları Bakı şəhərinə gələndən sonra isə saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.18

2026.09.17

2026.09.16

2026.09.15

2026.09.14

2026.09.13

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az