Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 2 sürücü – Yusif Cəbrayılov və Həsən Hüseynov saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana və metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən 3 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub.
Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişikliyə yol verən, nəqliyyat vasiəsini dövlət qeydiyyat nişanı olmadan idarə edən və digər kobud qayda pozuntularına yol verən sürücülər də saxlanılıblar. Məlumatı mia.gov.az yayıb.
Qeyd edək ki, bu ilin əvvəlindən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə edən 67, nəqliyyat vasitəsini narkotik maddələrin təsiri altında idarə edən 27 sürücü aşkar olunub.
Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
Azərbaycanpolisi.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































