Aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yenisabah.az Baş Prokurorluğa istinadla xəbər verir ki, araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































