Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun” şərti adı altında profilaktik tədbir keçirilib. Tədbir zamanı yol polisləri piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə marifləndirici söhbətlər aparıblar. Piyadalara və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına düzgün riayət etməyin vacibliyi tövsiyə olunub. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq yol hərəkəti qaydalarını poza 196 piyada haqqında inzibati protokol tətbiq olunub. Məlumatı mia.gov.az yayıb.
Qeyd edək ki, mövsümə uyğun piyadaların hərəkət intensivliyi nəzərə alınaraq, eləcə də piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər artıq bir neçə gündür ki, daha da gücləndirilib. Bu istiqamətdə hərəkət iştirakçıları, xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































